Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95933
az

Yasin Hüseynzadəyə ölüm hökmü verilməsi haqda xəbərə - Rəsmi reaksiya

12:2503 Oktyabr, 2023
160
  • A

Baş Prokurorluq Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə reaksiya verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən açıqlamada deyilir:

“Bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb. Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək”.

Qeyd edək ki, Yasin Hüseynzadənin 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqını nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bu gün Azərbaycanda bələdiyyə seçkilərdir
İki uşaq anası dəm qazından boğulub öldü
Bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

Təyyarədə İNANILMAZ HADİSƏ -Bu dəfə körpə dünyaya göz açdı

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Naxçıvan sakini həmkəndlisini öldürdü -Cinayət işi başlandı