Mərakeşdə 11 nəfər H1N1 virusundan (“Donuz qripi”) ölüb.
Oxu24.com Morocco World News-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Virusdan ölənlər arasında xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər, hamilə qadınlar və yaşlı şəxslər var.
Bildirilir ki, “donuz qripi”nə yoluxan 15 nəfərin müalicəsi müsbət nəticə verib. Daha 32 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir. Oxu24.com
ŞƏRHLƏR