Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9589
az

3 gənc 28 bıçaq zərbəsi ilə öldürdükləri sürücünün 2 telefonunu 12 manata satıblar

21:1403 Fevral, 2019
1193
KRİMİNAL
  • A
19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxslər növbəti hakim qarşısına çıxarılıb.

Oxu24.com musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Eldar Məmmədov təqsirləndirilən şəxslərin üçünü də Sumqayıtda kafedə gördüyünü deyib. Məlum olub ki, təqsirləndirilən şəxslər sürücünü qətlə yetirdikdən sonra həmin kafeyə gedərək çay içiblər, sonra da oradan çıxaraq taksiyə miniblər.
Şahid Eldar Məmmədov təqsirləndirilən şəxslərin üçünü də Sumqayıtda kafedə gördüyünü deyib. Məlum olub ki, təqsirləndirilən şəxslər sürücünü qətlə yetirdikdən sonra həmin kafeyə gedərək çay içiblər, sonra da oradan çıxaraq taksiyə miniblər.
Digər şahid Elxan Mehrəliyev isə dindirilərkən deyib ki, yol kənarında maşının ağaca çırpılaraq dayandığını görüb. Maşına yaxınlaşarkən sürücünün qan içərisində olduğunu görüb və polisə məlumat veriblər.

Məhkəmədə şahid qismində ehtiyatda olan polkovnik Abbasqulu Məmmədov da ifadə verib. Polkovnik də sürücünün qətlə yetirildiyi maşını yol kənarında görüb.

O deyib ki, maşının ağaca çırpıldığını görüb və yardım üçün oraya yaxınlaşıb.

Şahidlərin dediklərindən məlum olub ki, qətlə yetirilən taksi sürücüsü Aydın Şıxəliyev 28 bıçaq zərbəsi aldıqdan sonra maşını idarə etməyi bacarıb. O, özünü xəstəxanaya çatdırmağa çalışıb. Lakin qanitirmədən yolda keçinib. Maşın da ağaca çırpılaraq dayanıb.

 Şamil Bayramov isə deyib ki, pul lazım olduğu üçün belə cinayət törədiblər: "Rahin dedi ki, gedək belə bir iş görək. Biz də razılaşdıq. Mənim də, Rahinin də bıçağı var idi. Taksiyə minəndə Rahin sürücüdən pul istədi. Onlar mübahisə edəndə sürücü Rahini vurdu. Sonra da məni vurdu. Mən də onu bıçaqla vurdum".

Hadisəni törədən zaman 18 yaşının tamam olmadığını deyən Şamil bu işə onu Ruhinin sövq etdiyini deyib.

Məhkəmədə təqsirləndirilən üçüncü şəxs Pərviz də dindirilib. 22 yaşlı Pərviz hadisə zamanı şokda olduğunu və belə bir cinayətdə iştirak etmək istəmədiyini söyləyib.

Məhkəmənin növbəti iclası fevralın 3-nə təyin edilib.
Xatırladaq ki, bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə ərazisində "Mersedes" markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub.

İstintaq hərəkətləri meyidi tapılan şəxsin "Mersedes" markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulublar.

İlkin məlumata görə 3 nəfər taksi sürücüsünü qarət etmək üçün onun maşınına miniblər. Yolda maşını saxlatdıraraq sürücüdən pul tələb ediblər. Aralarında mübahisə yaranan zaman isə onu bıçaqlayaraq qətlə yetiriblər. Taksi sürücüsünün dibində olan 19 manatı götürərək hadisə yerindən qaçıblar.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü