Rumıniya öz ərazisində pilotsuz təyyarələrin vurulması hallarının artması səbəbindən Ukrayna ilə sərhədə hava hücumundan müdafiə qüvvələrini cəlb edir.
Oxu24.com xəbər verir ki,bu barədə “Reuters” ölkənin Müdafiə Nazirliyindəki iki yüksək rütbəli mənbəyə istinadən yazır.
Səlahiyyətlilər həmçinin əlavə hərbi müşahidə məntəqələri və patrulları sərhəd bölgələrində cəmləşdiriblər, dedilər.
Ötən həftə Rumıniya Müdafiə Nazirliyi 100-ə yaxın ABŞ hərbçisinin və 4 Amerikanın F-16 Fighting Falcon qırıcısının Ukraynanın İzmail şəhərindən təxminən 150 km aralıda yerləşən Borça aviabazasına gəldiyini bildirib. Sentyabrın ortalarından nazirlik həmçinin Ukrayna ilə sərhədin bölməsi boyunca eni 30 km və hündürlüyü 4000 m-ə qədər olan uçuşa qadağan zonanı genişləndirib.
Bütün bunlar Rumıniyanın və bütün NATO-nun Ukraynadakı müharibənin başqa ərazilərə keçə biləcəyi ilə bağlı artan narahatlığından xəbər verir, Reuters qeyd edir. Agentliyin həmsöhbətlərinin fikrincə, Rumıniyada dron hissələrinin düşməsi ilə bağlı insidentlər Rusiya ilə NATO arasında anlaşılmazlıq riskini artırır və Rumıniya Silahlı Qüvvələrini mülki insanları qorumaq üçün təhlükəsizliyi gücləndirməyə məcbur edir.
2004-cü ilin martından Rumıniya NATO-nun üzvüdür. Rumıniya Müdafiə Nazirliyi sentyabr ayında ölkədə üç dəfə pilotsuz təyyarələrin qəzaya uğradığını bildirib. Rumıniya Xarici İşlər Nazirliyi hava məkanını pozduğuna görə Rusiyaya rəsmi etirazını bildirib. Rumıniya prezidenti Klaus İohannis qeyd edib ki, Rusiya pilotsuz təyyarələri Rumıniyaya hücum etmir, lakin onların dağıntılarının düşməsini “əsl problem” adlandırıb. NATO-nun baş katibi Yens Stoltenberq də Rusiyanın Rumıniyaya qəsdən hücumu ilə bağlı heç bir dəlil olmadığını deyib, lakin sərhəd bölgələrindəki hərəkətləri “ehtiyatsızlıq” və “sabitliyi pozan” adlandırıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR