Fransa sakini EuroMillions lotereyasında 130 milyon avro udub.
Oxu24.com xəbər verir ki,bu barədə lotereya saytında məlumat verilib. Mükafatın Fransada 2023-cü ilin əvvəlindən bəri ən böyük uduş olduğu bildirilir.
"Fransa lotereyaya start veriləndən bəri 124-cü cekpotu götürdü. 130 milyon avroluq Superdraw cekpotu 29 sentyabr 2023-cü ildə uduldu", - lotereyanın press-relizində deyilir.
Bu qalibiyyət EuroMillions tarixində ən böyük on mükafatdan biri idi. Onun sahibi bir ay ərzində lotereyada qalib gələn ikinci Fransa sakinidir. Daha bir fransız sentyabrın əvvəlində 109 milyon avrodan çox pul alıb.
EuroMillions lotereyası 2004-cü ilin fevral ayından etibarən bir sıra Avropa ölkələrində, o cümlədən Fransa, İspaniya, Böyük Britaniya və digər ölkələrdə keçirilir. Bir lotereya biletinin qiyməti 2,5 avrodur. Lotereyada 200 milyona yaxın insan iştirak edir.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR