Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95824
az

Rusiyada nazir müvini işdən çıxarıldı

22:3229 Sentyabr, 2023
132
DÜNYA
  • A

Rusiya hökumətinin sədri Mixail Mişustin rəqəmsal inkişaf nazirinin müavini Dmitri Kimi tutduğu vəzifədən azad edib.

Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.

“Dmitri Matveyeviç Kim öz xahişi ilə Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini vəzifəsindən azad edilsin”, – mətndə  deyilir.

Bundan əvvəl Rusiya hökuməti Dövlət Dumasına 2024-cü il və 2025 və 2026-cı illərin planlaşdırma dövrü üçün federal büdcə layihəsini təqdim edib. Hesab ilk dəfə olaraq tamamilə elektron şəkildə göndərilib. Onun tətbiqi ilə bağlı sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.

Büdcə layihəsi sosial-iqtisadi inkişaf proqnozunun baza variantı əsasında formalaşdırılıb. Bu, 2024-cü ildə 2%-dən yuxarı səviyyədə güclü iqtisadi artıma keçidi nəzərdə tutur.

Büdcə layihəsinə əsasən, gəlirlərin 2024-cü ildə 35 trilyon rubl, 2025-ci ildə 33,5 trilyon, 2026-cı ildə isə 34,1 trilyon rubl olacağı proqnozlaşdırılır. Xərclərin 2024-cü ildə 36,6 trilyon rubl, 2025-ci ildə 34,4 trilyon, 2026-cı ildə isə 35,6 trilyon rubl olacağı gözlənilir. Uşaqlı ailələr üçün vahid müavinətlərə 4,4 trilyon rubl, onların mənzil təminatının yaxşılaşdırılması üçün 482 milyarddan çox, analıq kapitalının ödənilməsinə daha 1,6 trilyon rubl ayrılması planlaşdırılır.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şokalad qalmaqalı
Trampın kürəkəni Albaniya kurortuna 1,4 milyard dollar sərmayə qoyub
Ağ Ev: ABŞ şəxsiyyət saxtakarlığından hər il 56 milyard dollar zərər çəkir

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi