Moskvada bir qrup uşaq döyüş sursatı olan kəmər çantası tapıb.
Oxu24.com xəbər verir ki,bu barədə “360” nəşri öz mənbəsinə istinadən xəbər verir.
Hadisə sentyabrın 29-da paytaxtın cənubundakı ərazilərdən birində baş verib. Çanta uşaq meydançasından bir qədər aralı olmayan metal qarajların arxasından tapılıb. Azyaşlılar gəzərkən qeyri-adi tapıntı aşkar ediblər.
KİV-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəli çantanı yoxlayıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR