Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95806
az

İngiltərədə məktəb avtobusu aşıb: 2 nəfər ölüb

19:5029 Sentyabr, 2023
123
DÜNYA
  • A

İngiltərədə məktəb avtobusunun avtomobillə toqquşaraq aşması nəticəsində 14 yaşlı uşaq və sürücü dünyasını dəyişib.

Oxu24.com xəbər verir ki,İngiltərənin Mersisayd bölgəsində M53 şossesində 54 nəfərin olduğu məktəb avtobusu minik avtomobili ilə toqquşub və aşıb. Qəzadan sonra hadisə yerinə təcili tibbi yardım maşını və helikopter göndərilib.

Polisdən verilən açıqlamada qəzada 14 yaşlı qızın və servis sürücüsünün həyatını itirdiyi açıqlanıb.

Şimal-Qərb Təcili Yardım Xidmətindən verilən açıqlamada qəzada yaralanan 13 uşağın xəstəxanaya aparıldığı, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qəzadan sonra magistral hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb, hadisə ilə bağlı araşdırma aparılıb.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Puşkov Harrisin ABŞ seçkilərində məğlubiyyətinin nəticələrindən danışıb
İrana qarşı yeni sanksiya paketi elan edildi
Çin və Kolumbiya rəsmiləri görüşdülər

Yuxuda balıq görmüsünüzsə, sizi nə gözləyir... - Yuxuyozma

18+

Kişini alçaldıb maşının baqajına saldılar- Tutuldular
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Səhərlər öskürmək bu xəstəliyin əlamətidir
Hərbi xidmətdən yayınmaya görə 56 cinayət işi açılıb