Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95793
az

Birbank Biznes bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir

18:1629 Sentyabr, 2023
540
İQTİSADİYYAT
  • A

Birbank Biznes bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir

 

Birbank Biznes bizneslə məşğul olan şəxslər üçün onlayn xidmətlərin çeşidini genişləndirməkdə davam edir. Budəfəki yenilik bank qarantiyası məhsuluna aiddir. Belə ki, müştərilər “Sürətli tender” üzrə qarantiya məktubunu Birbank Biznes vasitəsilə tam olaraq onlayn şəkildə ala bilərlər.

 

Yeni rəqəmsal xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, filiala gələrək vaxt itirməyə və kuratora, bank əməkdaşına müraciət etməyə ehtiyac yoxdur. Qarantiyanın ayrılması üçün sahibkarlar Birbank Biznes vasitəsilə müraciət edə bilərlər. Müraciət ərizəsi isə avtomatik sistem vasitəsilə formalaşır. Daha sonra müştəri ərizəsini ASAN imza ilə təsdiq edərək, məktubu tam olaraq onlayn formada əldə edir. 

 

Birbank Biznes-in  “Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

 

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var:

- Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s.

- Sürətli tender

- Nağd təminatlı qarantiya

- Biznes overdraft

- Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə: faktorinq, satışın

  maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə

- Gömrük krediti

- Sürətli kredit

- Biznes ipoteka krediti

- Maliyyə lizinqi

- Ənənəvi kredit / Kredit xətti

 

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhalinin bir nəfəri ayda 416,5 manatlıq mal alıb
Milli Məclis büdcənin icrasını müzakirə edəcək
Qızıl və gümüşün bahalaşması davam edir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi