Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95784
az

Hacı Nuran Qənirə Paşayevadan yazdı: “Son vaxtlar qulağında, başında...\"

10:0329 Sentyabr, 2023
201
  • A

"Sonuncu dəfə Qənirə ilə birlikdə uşaq evinə getdik. 25 ildir birlikdə çalışırdıq. Son vaxtlar qulağında, başında çox güclü ağrıları başlamışdı".

OXU24.COM xəbər verir ki, bu sözləri Qənirə Paşayeva ilə vida mərasiminə qatılan Hacı Nuran deyib.

O bildirib ki, Qənirə Paşayeva hər zaman başqalarına nəsihət verirdi ki, sağlamlığınızı qoruyun:

"Qənirə insanları, xalqı sevirdi. Hər kəsi başına toplayırdı. Müharibə dövründə əsgərlər cəbhədə, o isə siyasi tribunada mübarizə aparırdı. Azərbaycanı dəstəkləyirdi. Onunla birlikdə bir neçə dəfə Şuşada olmuşduq.

Səhhətindən şikayət etmirdi. Yayda bir dəfə narahat olmuşdu. Amma sonra hər şey yaxşı idi. Son günlər gərgin iş rejimində çalışırdı. Güclü baş, qulaq ağrıları başlamışdı. Ağrıkəsici atırdı ki, sakitləşsin. Heç biz də bilmədik, nədən, necə oldu, ağırlaşdı, təcili yardımla Mərkəzi Xəstəxanaya aparıldı. Çox ümid edirdik ki, Vətən qadın ayağa qalxacaq, bizim dualarımız onunla idi. Amma möcüzə olmadı".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO