Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95778
az

Qardaşı Qənirə Paşayevanın vəfatı ilə bağlı danışdı - VİDEO

22:0228 Sentyabr, 2023
155
CƏMİYYƏT
  • A

Bu gün vəfat edən millət vəkili Qənirə Paşayevanın qardaşı danışıb.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum deputatın qardaşı Hüseyn Paşayev bildirib ki, keçən həftənin şənbə günü Qənirə xanımın səhhətində ciddi problemlər baş verib:

"İlk anda Mərkəzi Klinik Xəstəxanada onun müalicəsi dövlət nəzarətinə götürüldü. Mümkün olan bütün tədbirlər həyata keçirildi, qardaş Türkiyədən də həkimlər dəvət olundu. Ancaq təəssüf ki, xəstəlik çox ciddiləşmişdi, onun həyatını xilas etmək mümkün olmadı. Mən dövlətimizə, cənab Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya ailəmizə göstərdiyi həm mənəvi, həm də digər dəstəklərə görə təşəkkürümüzü bildirirəm. Eyni zamanda, Heydər Əliyev Fonduna da, onun məsul şəxslərinə də öz dərin minnətdarlığımızı bildirəm. Allah dövlətimizi qorusun".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Sabahdan Bakı-Sumqayıt qatar reyslərinin sayı artırılır
Güclü zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Zelenski Kursk əməliyyatının MƏQSƏDİNİ AÇIQLADI: "O zaman Rusiya lideri..."