Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları erməniəsilli ailənin halı pisləşən övladına yardım göstəriblər.
OXU24.COM "report"a istinadən bildirir ki, bu barədə "Report"un Laçına ezam olunmuş müxbiri məlumat verib.
Belə ki, Azərbaycan sərhədçiləri qəflətən halı pisləşən uşağa ilkin tibbi yardım göstərib, ona su və şirniyyat veriblər.
Erməniəsilli ailə üç gündür yolda olduqlarını söyləyib: "Sağ olsunlar ki, azərbaycanlılar bizə yardım etdilər, su verdilər. Araik Arutyunyan kimilər və onun ətrafı güllələnməlidir. Lənətə gəlsin bu rejimi. Bizi məcbur evimizdən çıxardılar. Niyə də geri qayıtmaq olmasın, əlbəttə, istəyərdik. Biz sizdən eşidirik ki, geri qayıtmaq olar. Azərbaycan tərəfinin heç bir təzyiqini görmədik. Azərbaycanlılar qardaşdır. Türklər mərddirlər".
ŞƏRHLƏR