Rusiyanın Rostov-na-Donuda Çin yük maşınlarının yığılmasına başlanılması planlaşdırılır.
Oxu24.com xəbər verir ki,bu barədə şəhərin meri Aleksey Loqvinenko özünün Telegram kanalında Çində Beynəlxalq Qardaşlaşmış Şəhərlər Konfransı zamanı bildirib.
Donun paytaxtının nümayəndə heyəti Çinin Cinan şəhərinə işgüzar səfərə gəlib. Çinli həmkarları ilə danışıqlar zamanı tərəflər Jinan, eləcə də Şandun əyalətinin müəssisələri ilə birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Şəhərimizin ərazisində Çin istehsalı olan irihəcmli avtomobillərin yığılması layihəsi bizim və ev sahibi tərəf üçün xüsusi maraq doğurur. Artıq yerli yük maşını istehsalçısı ilə bu məsələ ilə bağlı müəyyən razılaşmalar əldə olunub”, - Loqvinenko şirkətin adını açıqlamadan yazıb.
Bundan əlavə, konfransda topdansatış ticarəti üzrə ixtisaslaşmış Rostov şirkəti çinli həmkarları ilə tərəvəz və meyvə konservləri istehsalı zavodu üçün avadanlıqların layihələndirilməsi və alınması imkanlarını müzakirə edib. Tərəflər Çindən inyeksiya edilə bilən biomaterial və bioregenerasiya edən kollagenin tədarükü imkanlarını da müzakirə ediblər.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR