Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-dən dövlət qulluqçularının bəzi kateqoriyalarının maaşlarının 5,5% artırılması haqqında fərman imzalayıb.
Oxu24.com xəbər verir ki,Sənəd hüquqi informasiya internet portalında dərc olunub.
“Oktyabrın 1-dən Rusiyada dövlət vəzifələrini tutan şəxslərin pul mükafatı 1,055 dəfə artırılacaq”, - sənəddə deyilir.
Fərmanda qeyd olunur ki, maaşların artırılması müvafiq maliyyə ili üçün federal büdcə çərçivəsində həyata keçirilməlidir. Prezident sənəddə belə bir göstərişlə ölkə hökumətinə müraciət edib.
Fərman dövlət vəzifələrini tutan şəxslərə sosial təminatların verilməsi məqsədi ilə imzalanıb”, - sənəddə qeyd olunur. Mətndə o da qeyd olunur ki, fərman ölkə prezidenti tərəfindən imzalandığı gündən qüvvəyə minir.
Rusiya Əmək Nazirliyinin məlumatına görə, əmək haqqının indeksləşdirilməsi haqqında fərmana komendantlar, idarə rəisləri, stenoqraflar, ekspeditorlar, kassirlər və digər vəzifələr kimi dövlət qurumlarının işçiləri daxil edilib.
Bir müddət əvvəl Əmək Nazirliyi bəzi dövlət qulluqçularının maaşlarının artırılması ilə bağlı qərarı izah edib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR