Fransanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səyləri heç bir nəticə verməyəcək.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki,ötən gün Fransa prezidenti Emmanuel Makron ölkə sinin yerli telekanalına verdiyi müsahibə də növbəti dəfə bölgədə mövcud və ziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Emmanuel Makronun müsahibəsini şərh edərkən bildirib. Onun sözlərinə görə , özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməsi təhlükəlidir.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd etdi ki, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın, ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR