Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95645
az

Mixail Mişustin Qazaxıstana gedib

18:4424 Sentyabr, 2023
118
DÜNYA
  • A

Rusiyanın baş naziri Mixail Mişustin Qazaxıstanın paytaxtı Astanaya səfər edib.

Oxu24.com xəbər verir  ki,O, bu ölkədə ilk dəfə təşkil olunan “İnnoprom” beynəlxalq sənaye sərgisini ziyarət edəcək.


Mişustin təkcə tədbirdə iştirak etməyi deyil, həm də “Yeni dövrün sənaye strategiyaları” adlı plenar sessiyada çıxış etməyi planlaşdırır.

O, Qazaxıstan, Belarus və Qırğızıstandan olan həmkarları ilə görüşəcək. Hökumət başçısı maşınqayırma, gəmiqayırma, dəzgahlar, kimya, metallurgiya, toxuculuq və aviasiya sənayesinə həsr olunmuş sərgilərə baxacaq.

“İnnoprom” sentyabrın 25-dən 27-dək keçiriləcək. Sərgi Avrasiyanın aparıcı platformasıdır və 18 ölkədən 10 mindən çox iştirakçını birləşdirir.

Bundan əvvəl, sentyabrın 14-də Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana uçub.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO