İnsan haqları fəaliyyəti ilə məşğul olan “Global Rights Compliance” təşkilatı Ukrayna prokurorluğu ilə birlikdə Rusiya tərəfindən hərbi əməliyyatlar zamanı Ukraynada guya qəsdən aclıq şəraiti yaratması ilə bağlı materiallar hazırlayır.
Oxu24.com xəbər verir ki,Bu barədə The Guardian məlumat yayıb.
Hüquq müdafiəçiləri bu tipli ilk məhkəmə prosesinin başlanması üçün hesabatlarını Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etməyi planlaşdırırlar. Dosyenin əsas məqsədi aclığın Rusiya hərbçiləri tərəfindən “müharibə silahı” kimi istifadə edildiyi iddia edilən halları qeyd etməkdir.
Bu işdə Rusiya prezidenti Vladimir Putinin ittiham oluna biləcəyi bildirilir.
Təşkilatın baş hüquqşünası Yusuf Xan münaqişənin müxtəlif mərhələlərində “silah kimi qidadan” necə istifadə edildiyini, ilk günlərə aid olduğunu izah edib. Birinci mərhələdə işğal olunmuş şəhərlərin təchizatı kəsildi. Bura Mariupolun mühasirəyə alınması və şəhərə ərzaq təchizatının bağlanması daxildir.
İkinci mərhələdə Ukraynada ərzaq ehtiyatlarının, su və enerji mənbələrinin məhv edilməsi nəzərdə tutulur.
Üçüncü mərhələ Rusiyanın guya Ukrayna kənd təsərrüfatı məhsullarının ixracına mane olmaq və ya məhdudlaşdırmaq cəhdləri ilə bağlıdır.
Dosyenin doldurulması və Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunma tarixi məlum deyil.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR