Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95629
az

Laçın postundan 23 nəfər Ermənistana aparıldı - VİDEO - FOTO

17:3624 Sentyabr, 2023
146
CƏMİYYƏT
  • A

Laçın Sərhəd Buraxılış Məntəqəsindən Ermənistan istiqamətinə növbəti keçid baş tutub.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında Ermənistandan Azərbaycan ərazisinə daxil olan Təcili Yardım maşınlarının Qarabağ iqtisadi rayonundan tibbi yardıma ehtiyacı olan 23 nəfər şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşaiyəti ilə yenidən Ermənistana keçidi təmin edilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.
 

İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir.

İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, "Azərenerji" ASC, "Azərişıq" ASC, "Azəriqaz" İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.

Həmin kadrları təqdim edirik:

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seysmoloji Xidmət zəlzələ ilə bağlı əhaliyə müraciət etdi
Elçilikdə "yox" cavabı aldığı qızı və anasını MAŞINLA VURDU
Lukaşenko yenidən PREZİDENT SEÇİLDİ