Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95577
az

Lavrov Macarıstanın xarici işlər naziri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

23:5822 Sentyabr, 2023
106
DÜNYA
  • A

Rusiya və Macarıstanın xarici işlər nazirləri Sergey Lavrov və Peter Siyarto BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Sentyabrın 22-də BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Lavrov və  Szijarto arasında görüş baş tutub", - diplomatik mənbələrdən məlumt verilib.

Nazirlik qeyd edib ki, “Ukraynadakı vəziyyət də daxil olmaqla” cari beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Rusiya və Macarıstan Xarici İşlər nazirliklərinin rəhbərləri Paks AES-də iki yeni enerji blokunun tikintisi layihəsinin həyata keçirilməsini müzakirə ediblər.

Danışıqlar başlamazdan əvvəl nazirlər bir-biri ilə salamlaşıb, zarafatlaşıblar. Lavrov Szijártonun ABŞ-a nə vaxt gəldiyini soruşub.

Sentyabrın 18-də Macarıstan qərbli həmkarlarını BMT Baş Assambleyasında Lavrovla görüşməyə çağırıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək