Rusiya və Macarıstanın xarici işlər nazirləri Sergey Lavrov və Peter Siyarto BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Oxu24.com xəbər verir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Sentyabrın 22-də BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Lavrov və Szijarto arasında görüş baş tutub", - diplomatik mənbələrdən məlumt verilib.
Nazirlik qeyd edib ki, “Ukraynadakı vəziyyət də daxil olmaqla” cari beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Rusiya və Macarıstan Xarici İşlər nazirliklərinin rəhbərləri Paks AES-də iki yeni enerji blokunun tikintisi layihəsinin həyata keçirilməsini müzakirə ediblər.
Danışıqlar başlamazdan əvvəl nazirlər bir-biri ilə salamlaşıb, zarafatlaşıblar. Lavrov Szijártonun ABŞ-a nə vaxt gəldiyini soruşub.
Sentyabrın 18-də Macarıstan qərbli həmkarlarını BMT Baş Assambleyasında Lavrovla görüşməyə çağırıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR