Britaniya və Rusiya rəsmiləri Ukraynadakı müharibə fonunda bir sıra diplomatik danışıqlar aparıblar. Britaniya nəşrinin i mənbələri bildirib ki, görüşlər bir il yarım ərzində müxtəlif yerlərdə, o cümlədən Vyana və Nyu Yorkda baş tutub.
Danışıqlarda tərəflər Böyük Britaniya və beynəlxalq ictimaiyyət üçün təhlükəsizlik məsələlərini müzakirə edib, həmçinin Ukraynadakı müharibə kontekstində taxıl çatışmazlığı və nüvə təhlükəsizliyi məsələlərinə toxunublar.
Bəzi görüşlərdə iştirak edən britaniyalı diplomatın sözlərinə görə, Britaniyanın müzakirə etməyə çalışmadığı yeganə məsələ Kiyevlə mümkün sülh danışıqlarıdır.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü Rusiya rəsmiləri ilə görüşlərin yalnız “tamamilə zəruri” hesab edildiyi zaman keçirildiyini təsdiqləyib və danışıqların Ukraynada müharibənin dayandırılması üçün danışıqlar cəhdi olduğuna dair hər hansı iddianın “etibarlı və həqiqətə uyğun olmadığını” bildirib. “İstənilən danışıqlarda mövqeyi Ukrayna və Ukrayna hökuməti müəyyən etməlidir, necə ki, Ukrayna öz azad və demokratik gələcəyini müəyyənləşdirməlidir”.
Oxu24.com
ŞƏRHLƏR