"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi gününün necə keçdiyi haqda danışıb. Futbolçunun sözlərini Infobae yayıb.
“Saat 13-də evə qayıdıram. Antonella ilə nahar edirik, sonra yatmağa və televizorda nəsə izləməyə gedirik. Seriallara, filmlərə, nə olursa olsun, baxırıq. Günorta saat üçdə uşaqları məktəbdən götürməyə və məşqə aparmağa gedirik. Onların İnter Mayamidə məşq etmələri rahatdır, çünki onlar mənim olduğum yerdədir”, - deyə Lionel Messi bildirib.
Messi iki il Fransa PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. "İnter Mayami"də keçirdiyi 12 oyundan sonra Messi 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazandı. "İnter Mayami" turnirin final matçında "Nashville"i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunu qazanıb.
Bundan əvvəl Messi Argentina millisi ilə başqa turnirdə iştirak etmək istədiyini bildirmişdi.
Oxu24.com
ŞƏRHLƏR