Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9553
az

ÜST qızılca ilə bağlı: Azərbaycanda gözləniləndən daha artıq yoluxma var

23:3001 Fevral, 2019
706
TİBB
  • A
Azərbaycanda qızılcaya yoluxma gözləniləndən daha artıq müşahidə edilir.

Oxu24.com xəbər verir ki, bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisindən məlumat verilib.

Nümayəndəlikdən bildirilib ki, hazırda Avropanın əksər ölkələrində qızılca epidemiyası baş verir. Həmin ölkələr onlayn sistem vasitəsilə Ümumdünya Səhiyyə Təşkilatını mövcud vəziyyətlə bağlı daimi şəkildə məlumatlandırırlar:

"Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları əsasən vaxtı ilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib".

ÜST-dən qeyd edilib ki, Səhiyyə Nazirliyi vəziyyəti nəzarətdə saxlayır və xəstəlik halları daha çox müşahidə edilən yaş qrupları və bölgələr üçün əlavə peyvənd tədbirlərinin aparılmasını nəzərdə tutur:

"Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyin nəzarətdə saxlanılması məsələsində Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Övladınızı epidemiyalardan qorumaq üçün peyvənd çox önəmlidir. Səhiyyə Nazirliyi tərəfindən uşaq poliklinikalarına paylanan peyvəndlər ÜST-nin təsdiqlənmiş peyvəndlər siyahısına daxildir və yüksək keyfiyyətlidir".

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə bildirmişdi ki, Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından, əsasən böyüklər arasında qeydə alınmağa başlayıb.

Qızılcaya yoluxmanın tək-tək hallarda uşaqlar arasında da qeydə alındığını və bu uşaqların peyvənddən kənarda qaldığını deyən Mərkəz rəsmisi tövsiyə edib ki, valideynlər uşaqlarını peyvənd etdirsinlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı