Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95520
az

Macarıstan Rusiya və Belarusdan uzaq durmağa çağırılır

18:4121 Sentyabr, 2023
115
DÜNYA
  • A

NATO və Aİ Macarıstanı BMT-də Rusiya Federasiyası və Belarus nümayəndələri ilə görüşməməyə çağırıb.

Oxu24.com xəbər verir  ki,bunu Macarıstanın xarici işlər naziri Siyarto Çinin CGTN telekanalına açıqlamasında deyib.


Szijarto vurğulayıb ki, bu cür yanaşma BMT-nin münaqişənin həlli platforması kimi əsas vəzifəsinə ziddir.

“Mən görürəm ki, NATO və Avropa İttifaqından olan həmkarlarımız və müttəfiqlərimiz bu Baş Assambleyadan dialoq platforması kimi istifadə etmək istəmirlər. Bizi Rusiya və Belarus nümayəndələri ilə görüşməməyə inandırmağa çalışırdılar. Amma məncə, bu dalana dirənib. Əgər siz bizimlə münaqişələrimiz olanlarla əlaqə saxlaya bilmirsinizsə və bu münaqişələri müzakirə edə bilmirsinizsə, o zaman biz heç vaxt sülh yolu ilə həll tapa bilməyəcəyik”, - deyə Macarıstanın xarici işlər naziri bildirib.

O, həmçinin BMT-nin ölkələr arasında ən gərgin münaqişələrin belə həlli üçün dialoq üçün ideal yer olduğuna inandığını bir daha vurğulayıb.

"BMT bir-biri ilə hətta müharibə vəziyyətində olan və ciddi fikir ayrılıqları olan ölkələr üçün platforma kimi yaradılıb",- deyə Szijjarto bildirib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Haniyənin yerinə o seçildi
Harris rəsmən prezidentliyə namizədliyini irəli sürüb
Kamala Harris vitse-prezidentini SEÇDİ

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı