Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə növbəti dəfə öz gücünü, peşəkarlığını və yüksək döyüş qabiliyətini nümayiş etdirdi. Ordumuz 21-ci əsrin qalib ordusu olduğunu sübut etdi. Hər birimiz bununla fəxr edir, qürur duyuruq.
OXU24.COM xəbər verir ki, bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" videolayihəisnə müsahibəsində hərbi ekspert Ədalət verdiyev bildirib.
O, əlavə edib ki, Azərbaycan dövləti qarşıya qoyduğu hədəflərə uğurla çatdı:
Biz öz suveren ərazilərimizdə erməni terrorçularına qarşı antiterror tədbirlərini yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirdik. Yalnız terrorçular hədəf alındı, mülki şəxslərə zərər dəymədi. Cəmi bir gün ərzində terrorçu ermənilər təslim olmağa məcbur edildi. Bu, çox böyük uğurdur, Azərbaycanın, başda Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti tarixi qələbəsidir.
Ə.Verdiyev bildirib ki, düşmən artıq tərksilah olunur, texnikalar təhvil verilir. Həmçinin Qarabağ ermənilərinin nümayəndələri danışıq üçün Yevlaxa gəlib. Bu həm də siyasi, diplomatik uğurumuzdur.
Videomüsahibəni təqdim edirik.
ŞƏRHLƏR