Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95477
az

Lotu Qulinin bacısı oğlu güllələndi - FOTOlar

15:5020 Sentyabr, 2023
127
CƏMİYYƏT
  • A

2020-ci ildə Türkiyədə qətlə yetirilmiş məşhur qanuni oğru Nadir Səlifovun (Lotu Quli) bacısı oğlunun da olduğu avtomobil güləbaran edilib.

OXU24.COM  axar.az-a istinadən bildirir ki, hadisə dünən yerli vaxtla gecə saat 22.30 radələrində Antalyanın Beylikdüzü Kavaklı küçəsində baş verib.

Nadir Səlifovun bacısı oğlu Maqamet Kurbanov, təqaüdçü polislər Yılmaz Dəmir, Mehmet Acermen və Gürcüstan əsilli İsrafil Orucovun olduğu avtomobil təqib edilib. Bir müddət sonra müəmmalı şəxslər maşına yaxınlaşaraq ona dəfə atəş açmağa başlayıblar. 19 güllə dəymiş nəqliyyat vasitəsi yol nişanı dirəyinə çırpılaraq dayanıb.

Avtomobildə olan təqaüdçü polis Yılmaz Dəmir həyatını itirib. Maqamet Kurbanov, Mehmet Acermen və İsrafil Orucov isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həyatını itirən təqaüdçü polis əməkdaşının cəsədi təcili yardımla Ədliyyə Tibb Morquna göndərilib.

Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

 

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
Lukaşenko Azərbaycana gəlir
Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi