Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95430
az

Bacısını övladının gözü önündə öldürənə hökm oxundu

00:1219 Sentyabr, 2023
304
KRİMİNAL
  • A

Abşeron rayonunda bacısını qətlə yetirən 1998-ci il təvəllüdlü Nicat Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda N.Əsədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi üzrə təqsirli bilinib.

Bildirilib ki, ötən ilin 25 sentyabr tarixində N.Əsədov bacısı, 1994-cü il təvəllüdlü Xalidə Əsədova ilə mübahisə edib. Bacısının evə gec gəlməsindən əsəbiləşərək onu öldürmək qərarına gəlib. Gecə saat 2 radələrində X.Əsədova 7 yaşlı oğlu ilə özünə məxsus avtomobillə yaşadığı evə gəlib. Orada gözləyən Nicat qadına hücum edərək azyaşlı övladının gözü önündə bacısına çoxsaylı bıçaq zərbələri endirib.

Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.

Məhkəmənin hökmü ilə N.Əsədova 15 il həbs cəzası verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü
Azərbaycanda AĞIR QƏZA: xəsarət alanlar var
Bakıda avtomobil partladı -Xəsarət alan var

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü