İran prezidenti İbrahim Rəisi etiraf edib ki, məhbusların mübadiləsindən sonra Vaşinqton və Tehran arasında münasibətlərdə yeni “humanitar addımlar” atıla bilər.
Oxu24.com xəbər verir ki,Siyasətçinin BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələrkən jurnalistlər qarşısında çıxışı zamanı dediyi sözləri Əl-Cəzirə telekanalı sitat gətirir.
“Bu, sırf humanitar aksiya idi. Təbii ki, bu, gələcəkdə digər humanitar addımların atıla biləcəyi bir addım olacaq”, - Rəisi bildirib.
Avqustun 10-da ABŞ və İranın əsirlərin mübadiləsi ilə bağlı razılığa gəldiyi məlum olub.
Daha sonra ABŞ Dövlət Departamenti məhbus mübadiləsi sazişi çərçivəsində Tehrana dondurulmuş 6 milyard dollarlıq aktivlərə çıxış imkanı verməsinə baxmayaraq, İrana qarşı sanksiyaları yumşaltmayacağına aydınlıq gətirib. Amerika Xarici Siyasət Departamenti qeyd edib ki, Vaşinqton İran hakimiyyəti tərəfindən insan haqları pozuntularına və xaricdə sabitliyi pozan hərəkətlərə qarşı durmağa davam edəcək.
Avqustun 18-də Vaşinqton və Tehran arasında əsir mübadiləsi çərçivəsində beş ABŞ vətəndaşı Qətər təyyarəsinə mindirilib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR