Türkiyədə Bursa şəhərinin Orhangazi mahalında 10 illik həyat yoldaşı Zülfikar Tunceri aralarında çıxan mübahisə nəticəsində bıçaqlayaraq öldürdüyü iddiasıyla həbs olunan İpək Tuncerin məhkəməsi başlayıb.
Oxu24.com Türkiyə mediasına istinadla bildirir ki, məhkəmədə zaman zaman göz yaşlarını tuta bilməyən İpək Tuncer "axşam dalaşdıq, sabah cinsi əlaqəyə girmək istəyincə mübahisə etdik. Bu sırada, qorxutmaq üçün atdığım bıçaq sinəsinə saplandı. Yaralandığını görüncə qorxub, çölə qaçdım. Öldürmək istəməmişdim. Öldüyünü həbsxanada öyrəndim" deyib.
Bursa 6-cı Ağır Ceza Məhkəməsində 'qəsdən yoldaşını öldürmək' günahından haqqında 'ağırlaşdırılmış ömürlük' cəza istəyiylə iddia açılan 2 uşaq anası İpək Tuncer'in mühakimə olunmasına başlanıb. Məhbus şübhəli İpək Tuncer, həddindən artıq həyəcan səbəbiylə ifadəsini oturaraq verə bilib.
Məhkəməyə 3 səhifəlik yazılı bir müdafiə təklif edən İpek Tuncer deyib: "Qızlarımdan biri böyrək xəstəliyinə tutulmuşdu. Biz də psixoloji müalicəyə ehtiyac duyduq, anlaya bilmədi. O, son vaxtlar bizi istəmədi. Ailəmə, bacıma məni buraxmırdı. Mən də istəmirəm. Çox depressiyalı olduğumda "Mən boşanıram" deyərdim və o deyərdi ki,ölmək var, dönmək yoxdur."
Oxu24.com
ŞƏRHLƏR