Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95394
az

Bu, Azərbaycanın növbəti uğurudur - Azər Qarayev

16:4918 Sentyabr, 2023
132
CƏMİYYƏT
  • A

Ağdam-Xankəndi yolunun istifadəsi ilə Ermənistan növbəti dəfə beynəlxalq aləm qarşısında riyakar niyyətlərini nümayiş etdirmiş oldu. Laçın və Ağdam-Xankəndi yollarından paralel şəkildə yük maşınlarının keçməsi Azərbaycan diplomatiyasının növbəti uğuru sayılmalıdır.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycan məsələnin əvvəlindən bu təklifi irəli sürmüşdü, lakin qarşı tərəf bu təklifdən birmənalı imtina edirdi.

" "Blokada", "humanitar şou" yalanları da bununla növbəti erməni saxtakarlığı kimi tarixə düşdü. Özünü acınacaqlı vəziyətə düşmüş kimi göstərmək Ermənistanın köhnə siyasətidir. Bu dəfə də onlar ənənəvi taktikaya əl atmışdılar. Faktiki olaraq isə bunun yalan olduğu bəlli idi. "Artıq nə "blokada", nə "kütləvi aclıq". Yenidən bu dırnaqarası iddia ilə çıxışlara və boş sözlərə inanmaq axmaqlıq olardı, Ermənistan və Qarabağ separatçıları Azərbaycanın bu təklifinin qarşısını almağa çalışırdılar".
Ətraflı

A.Qarayev qeyd edib ki, Azərbaycan ordakı sakinləri öz vətəndaşları olaraq görür.

"Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə bəyan edib ki, Qarabağda yaşayan ermənilər onun vətəndaşlarıdır. Onların təhlükəsizliyini, sağlamlığını və digər məsələləri təmin etməyə hazırdır. Bu fakt isə erməniləri və onların havadarlarını ciddi formada narahat edir. Günümüz reallığında təəssüflər olsun ki, ədalət, həqiqət çox arxa planlarda qalıb. Hegemon dövlətlər öz mənafeyindən çıxış edir və öz maraqlarını güdürlər. Son günlər bir sıra xarici dövlətərin rəsmi şəxslərinin Azərbaycanla bağlı apardığı qərəzli müzakirələr, Azərbaycana qarşı tutulan mövqe bunun açıq-aşkar isbatıdır".

A.Qarayev vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürütdüyünü və onun siyasi iradəsinə heç bir dövlətin təzyiq edə bilməyəcəyini bəyan edib.

"Bu gün bütün dünyada bunu dərk edirlər ki, Azərbaycana açıqlamalar, bəyanatlar vermək, müzakirələr təşkil etməklə təzyiq göstərmək mümkün deyil. Ona görə də həmin dövlətlər Ermənistanı bir alət, vasitə kimi istifadə edirlər. Ermənistan hakimiyyəti də bunun üçün lazımi şəraiti yaradır. Eyni zamanda bu gün Ermənistanın nəhəng dövlətlər arasında gedən mübarizədə poliqona çevrilmə ehtimalı da var".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ötən gün 10 kq-dan artıq narkotik vasitə aşkar      olunaraq     götürülüb