İranın Hörmüzqan əyaləti üzrə Ədliyyə Nazirliyinin rəhbəri Müctəba Kəhrəmani bildirib ki, ölkə prokurorluğu respublikanın cənubunda iğtişaşların iştirakçıları üçün nəzərdə tutulmuş altı mindən çox Amerika silahından ibarət qaçaqmal partiyanı ələ keçirib.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
O, bununla bağlı iki nəfərin həbs olunduğunu vurğulayıb.
"İğtişaşçılar üçün qaçaqmalçılıq yolu ilə gətirilən böyük bir Amerika silahı ölkənin cənub sərhədini keçərkən aşkar edilib və müsadirə edilib", - o vurğulayıb.
Bundan əvvəl İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea demişdi ki, İrana müasir Rusiya silahlarının mümkün tədarükü İsrailin təhlükəsizliyinə təhlükə yarada bilər.
İsrail kəşfiyyatının rəhbərinin sözlərinə görə, təkcə 2023-cü ildə Mossad İranın hazırladığı 27 terror aktının qarşısını alıb. Və “İsraili İranın hücumlarından və təhdidlərindən qorumaq” üçün Təl-Əviv “ölkənin ürəyində” İran rəsmilərini məhv etməyə hazırdır.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR