Liviyanın şərqində parlament tərəfindən təyin edilmiş hökumətin baş nazirinin müavini Salem Maatouk al-Zadma bildirib ki, ölkə hökuməti ölkənin şərqindəki bütün şəhərləri yerlə-yeksan edən daşqınlardan sonra istənilən təhlükəyə operativ reaksiya vermək üçün Fövqəladə Hallar İdarəsi yaradacaq.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, BMT-nin hesabatlarında qeyd olunduğu kimi qlobal iqlim dəyişiklikləri, eləcə də son illərdə qlobal iqlim sammitlərinin tövsiyələri ölkəni Nazirlər Kabinetinin növbəti iclasında fövqəladə hallar və operativ reaksiya idarəsinin yaradılması ilə bağlı təklif təqdim etməyə məcbur edir.
Bundan əvvəl məlum olmuşdu ki, Liviyanın Derna şəhərində ölkənin şimal-şərq bölgələrini vuran leysan yağışları və daşqınlar nəticəsində azı 891 binaya ziyan dəyib.
Sentyabrın 10-da ölkəni "Daniel" siklonu vurdu. Ən çox Kirenaika bölgəsinin Derna şəhəri zərər çəkib, burada iki bənd dağılıb və fəlakətli vəziyyət yaranıb. Ölkə hakimiyyəti üç günlük milli matəm elan edib. Liviya da beynəlxalq yardım istəyib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR