Avropa Parlamenti Avropa Komissiyasının 2024-cü ildə müdafiəyə daha çox vəsait ayırmaq təklifini dəstəkləyib.
Oxu24.com xəbər verir ki,bu barədə Euractiv məlumat yayıb.
Nəşr qeyd edir ki, danışıqlarda parlament nümayəndələri Avropa Müdafiə Fondunun 625 milyon avro artırılmasına, eləcə də hərbi mobillik proqramları üçün daha 45 milyon avronun ayrılmasına nail olmaq istəyini ifadə ediblər.
Məlumata görə, söhbət ilkin olaraq Avropa Komissiyasının təqdim etdiyi büdcəyə əlavə olan sazişdən gedir. Şura Parlamentin və Komissiyanın təklifini dəstəkləsə, Avropa Müdafiə Fondunun 2024-cü il büdcəsi 1,263 milyard avro, hərbi mobillik proqramı isə 286 milyon avro olacaq.
Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti (AP) Aİ ölkələrində sursat istehsalının genişləndirilməsi ilə bağlı razılıq əldə ediblər.
Məlumata görə, Şura Sədrliyi Avropa Parlamentinin nümayəndələri ilə Sursata Dəstək Aktı (ASAP) ilə bağlı ilkin razılıq əldə edib. Bu qərar sursat və raket istehsalının artırılması üçün Aİ büdcəsindən 500 milyon avro ayırmağa imkan verəcək. Plan həmçinin Ukrayna və Aİ-yə üzv ölkələr üçün Avropa sursatlarının istehsalının uzunmüddətli artırılmasını nəzərdə tutur.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR