Yəmənin şimalında hakim Ənsar Allah (Husi) hərəkatının Siyasi Büro üzvü Xuzam əl-Əsəd Səudiyyə və Yəmən tərəfləri arasında danışıqların hələ də davam etdiyini, müsbət atmosferdə keçdiyini bildirib.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, bu, Oman Sultanlığının vasitəçiliyi ilə Ər-Riyadda keçirilən ilk birbaşa danışıqlardır. Əvvəlki iki tur Maskat və Sənada baş tutmuşdu; 2023-cü ilin yazında Ramazan ayında baş tutan birinci turda Səudiyyə Ərəbistanı nümayəndə heyəti Yəmənin paytaxtı Sənaya səfər edib.
O vurğulayıb ki, danışıqların hazırkı mərhələsi sonuncu olacaq.
Əl-Əsəd hesab edir ki, bu, Səudiyyə rejimi üçün son şansdır. O iddia edir ki, danışıqların bütün raundları BMT-nin iştirakı olmadan Omanın vasitəçiliyi ilə “müharibə alovu kimi mənfi rol oynayıb”.
Bundan əvvəl məlum olub ki, Yəmən şiə hərəkatı Ənsar Allah (Husi) nümayəndə heyəti Yəməndə atəşkəslə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR