Ağ Ev bildirib ki, Vaşinqtonda Pekinlə təmaslar zamanı ÇXR-in hərbi xətt üzrə ikitərəfli əməkdaşlığı bərpa etməyi hədəflədiyinə dair məhdud əlamətlər görüblər.
Oxu24.com xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsinə istinadən xəbər verir.
"Biz onların buna maraq göstərməsinin məhdud əlamətlərini görürük, lakin yenə də bu, tədricən baş verən bir prosesdir",deyə məlumatda qeyd edilib.
Ağ Ev sözçüsü bildirib ki, ABŞ Nümayəndələr Palatasının əvvəlki spikeri Nensi Pelosinin keçən il Tayvana səfərindən sonra Pekin Vaşinqtonla əksər hərbi əlaqələri dayandırıb.
Bundan əvvəl məlum olub ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi sentyabrın 16-17-də Maltada danışıqlar aparıb, orada Ukrayna və Tayvandakı vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin ABŞ-Çin münasibətlərinin əsas məsələlərini, qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR