Özbəkistan prezidenti Şavkat Mirziyoyev BMT Baş Assambleyasının plenar sessiyasında çıxış edəcəyi Nyu-Yorka gedib
Oxu24.com xəbər verir ki,Sentyabrın 19-da Mirziyoyev BMT Baş Assambleyasının plenar sessiyasının ümumi müzakirələrində məruzə ilə çıxış edəcək və regional və qlobal gündəliyin aktual problemlərinə dair baxışını təqdim edəcək.
Beynəlxalq siyasi tədbir çərçivəsində həmçinin Mərkəzi Asiya ölkələri və ABŞ liderlərinin sammitinin, xarici dövlətlərin başçıları, nüfuzlu beynəlxalq təşkilatların və Amerikanın aparıcı şirkətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlərin də keçiriləcəyi bildirilir.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR