Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95333
az

Okeanın o tayından uzanan \"əl\" - İllərdir dəyişməz siyasət, fərqli \"qurban\"...

21:5316 Sentyabr, 2023
137
  • A

Ali təhsillisindən, alimindən tutmuş ən ucqar kənddə yaşayan birinə qədər kimə "Azadlıq heykəli"nin şəklini göstərsən ABŞ-də olduğunu bilər. Çünki, Amerika hər kəsin ağlında dünyanın ən demokratik, ən düzgün, ən humanitar, ən ədalətli ölkəsi kimi təəssürat formalaşdırmağı bacarıb. Bəlkə də elə bu azadlıq simvolu olan 47 metrlik, Manhettendəki heykələ görə kimsə düşünə bilər ki, bu ölkədə azadlıq hüquqları yüksək şəkildə qorunur, insan haqları müdafiə olunur və sair. Təəssüf ki, ABŞ ilə bağlı reallıq tam başqadır.

ABŞ illərlə üzdə özünü sülhsevər, problem həll edən, münaqişə sevməyən tərəf kimi göstərsə də, tarix boyu bunun əksini müşahidə etmişik. İraq, Liviya, Suriya, Əfqanıstanda baş verənlər bunu deməyə əsas verir. ABŞ üçün nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlıdır. Onların məqsədi dünyada müəyyən gərginlik nöqtələri yaradaraq siyasi oyunlar oynamaqdır. Onların oyun "meydança"ları isə Cənubi Amerika, Afrika, Asiyada yerləşir.

Dünyada elə bir ölkə yoxdur ki, ABŞ-nin ora mənfi təsiri olmasın. Bu ölkənin "əli" hara uzanırsa orada ara qarışır. Qonşu ölkələrdən Gürcüstan və Türkiyə də ABŞ-nin ikiüzlü siyasətindən əziyyət çəkən ölkələrdəndir. Türkiyədə FETÖ vasitəsi ilə çevriliş cəhdi edən, Saakaşvilinin vaxtında Gürcüstanı Rusiya ilə münaqişəyə təhrik edib sonra geri çəkilən ABŞ indi də əsas rəqiblərindən olan Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə edir.

Son aylarda baş verən proseslər onu göstərir ki, ABŞ-nin yeni qurbanı Ermənistandır. Belə ki, Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Lakin, ABŞ bir qrup separatçını razı sala bilmədi, mövqeyindən geri çəkildi. Əslində, "razı salmaq istəmədi" desək daha doğru olar. Çünki, Azərbaycandan başqa bütün ölkələrə bu məsələni uzatmaq daha sərfəlidir.

Bu ölkədəki erməni lobbisinin aktiv fəalliyyəti hər saniyə özünü büruzə verir. Qarabağda keçirilmiş "seçkilər"ə münasibət və ya münasibətsizlik də ABŞ riyakarlığının nümunələrindən biridir. 9 sentyabrda "keçirilmiş seçkilər"dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun "seçkilərini" tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağı seçdi. ABŞ mövqeyini dəyişməklə separatçılara dəstəyini göstərmiş oldu. Burada təəccüblənməli nəsə yoxdur, çünki, bu ölkə illərdir ikili siyasət yürüdür, dovşana qaç, tazıya tut deyir. 

Əvvəllər terrorçu elan etdiyi, əslində isə özü yaratdığı Talibanı Əfqanıstanda hakimiyyətə qaytaran ABŞ-dən digər ölkələrə qarşı ədalətli siyasət gözləmək də sadəlövhlük olar. Ölkəmiz ABŞ-nin geosiyasi oyunlarından əziyyət çəkib və bu hələ də davam edir. Son günlər baş verən proseslərlə yanaşı, müxalif qüvvələrin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsini və başqa bu tipli cəhdləri buna misal çəkmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk
Pezeşkian mühüm razılaşma əldə etdi - Dondurulmuş pullar qaytarılır

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR