Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) rəhbəri Kamçıbek Taşiyev aşkar edilmiş yeni hüquqi və tarixi sənədlər əsasında Tacikistana ərazi iddiaları irəli sürmək imkanını açıqlayıb.
Oxu24.com xəbər verir ki,bu barədə “İnterfaks” yazır.
“Tacikistan bizə ərazi iddiaları irəli sürməkdə davam edir. Bir neçə gün əvvəl biz Qırğızıstanın bir çox ərazilərinin Tacikistana verildiyi yeni sənədlər tapdıq. Bunu hüquqi və tarixi sənədlərlə təsdiqləyə bilərik. Əgər Tacikistan ərazi iddialarından əl çəkməsə, o zaman biz bu sənədlər əsasında ərazi iddialarımızı irəli sürə bilərik”, - deyə Taşiyev şənbə günü, sentyabrın 16-da jurnalistlərə bildirib.
O, Qırğızıstanın “on və yüz illər əvvəl qonşularına verilmiş torpaqları geri qaytarmaq gücünə və qabiliyyətinə malik olduğunu” vurğulayıb.
Eyni zamanda, onun sözlərinə görə, Qırğızıstan tərəfi “qonşularla bütün məsələləri yalnız sülh yolu ilə və danışıqlar yolu ilə həll etməkdə” davam etmək niyyətindədir. “Amma vurğulamaq lazımdır ki, ötən il təcavüz faktı olub və biz buna bir daha imkan verməyəcəyik”, - deyə o əlavə edib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR