Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95290
az

Heyvanlardan keçən xəstəliklər - Pişik cırmaqlaması da təhlükəlidir!

21:4115 Sentyabr, 2023
153
CƏMİYYƏT
  • A

Mal çiçəyi xəstəliyi: Xəstəlik ilk əvvəl mal-qaraya təsir edir. Ancaq insanlarla yanaşı bütün məməli heyvanlar üçün də yoluxucudur..OXU24.COM  xəbər verir ki, bu xəstəlik əvvəllər əsasən heyvanlar əllə sağılarkən əllərə keçirdi.

Dang humması (dang qızdırması): Günümüzdə, bir qitədən digərinə səyahətin çətin olmadığı bir dövrdə səyahət yalnız insanlar üçün deyil, heyvanlar üçün də məqbuldur. Məsələn, Asiya pələng ağcaqanadı. Bir çox ekzotik heyvan kimi o da ticarət və ya gəmi səyahəti zamanı Avropaya daşınır və bu ağcaqanad Dang humması xəstəliyini yoluxdurur.

Tutuquşu xəstəliyi: Zoonoz xəstəlik (heyvanlardan insana keçə bilən xəstəliklər) olan tutuquşu xəstəliyi xüsusilə uşaqlar və zəif immunitetə sahib olan yetkin insanlar üçün təhlükəli ola bilər. Bakteriyaların səbəb olduğu bu xəstəliyin daşıyıcıları adətən tutuquşular və göyərçinlərdir. Əsasən heyvanın quru nəcisindən insana keçir. Mikrob tozla birlikdə havaya da yayılır.

Quduzluq: Quduzluq xəstəliyi öldürücü ola bilər. Beyində ölümcül zərərlərə yol açan kəskin xəstəlik yırtıcılar və yarasalardan olan xəstə heyvanın dişləməsi və tənəffüs yolu ilə yoluxa bilər. Tülkü kimi heyvanlardan da insana keçə bilən bu xəstəliyə günümüzdə daha çox rast gəlinir.

Pişik cırmağı xəstəliyi: Xüsusilə uşaqlar üçün təhlükəlidir. Xəstə pişiyin dişləməsi və ya cırmaqlaması ilə keçir. Bu heyvan özü xəstələnmədən qanında virusu illər boyu parazit şəklində daşıya bilər. Bu xəstəlik zamanı insanda yüksək hərarət və yaranın ətrafındakı limfa vəzlərində şişmə halları özünü büruzə verir.

Sibir yarası (qarayara): Çox rastlanan xəstəlikdir. İstiqanlı heyvanların yoluxdurduğu bu xəstəlik insana dəri, tənəffüs yolu və ya qidalar vasitəsilə keçə bilər. Xəstəlik insanın ağciyərlərində iltihaba, dəridə ləkələrin yaranmasına, daxili orqanlarda qanama, ifrat yorğunluğa səbəb ola bilər.

Laym xəstəliyi: Heyvandan insana yoluxa bilən bu xəstəlik maral, it və siçandan gənə dişləməsi yolu ilə keçir. Xəstəlik fərqli şəkildə özünü büruzə verə bilər. İlk əlamətləri dəridə gənənin dişlədiyi bölgədə qızartının əmələ gəlməsidir.

Salmonella xəstəliyi: Olduqca təhlükəli bir xəstəlikdir. Qanadlı heyvanlar, donuz, mal-qara, at, it, pişik, vəhşi heyvanlar və quşların nəcisi ilə çirklənmiş, bişməmiş qidaların qəbulu zamanı yoluxur.  Əsasən insanın dərisində və selikli qişada yaraların əmələ gəlməsi ilə özünü büruzə verir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyan heyvasının sağlamlığa hansı faydaları var? -VİDEO
Paşinyandan silahlanma ilə bağlı XƏBƏRDARLIQ: "Digər yol bizi məhvə aparır"
Trampı öldürməklə hədələyən şəxs HƏBS EDİLDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı