İsrailin “The Jerusalem Post” qəzeti “Dünyanın ən nüfuzlu 50 yəhudisi”nin illik siyahısını dərc edib.
Oxu24.com xəbər verir ki,nəşr yəhudilərin bu günlərdə qeyd etdiyi Yeni il Roş-Ha-Şana bayramına təsadüf edir.
Siyahıya məşhur İsrail və xarici siyasətçilər, sahibkarlar, şou-biznes ulduzları, həmçinin yəhudi əsilli ictimai xadimlər daxildir.
2022-ci ildə Ukrayna prezidenti Vladimir Zelenski siyahının başında olub. Həmin vaxt “The Jerusalem Post” onu “təkcə dünyanın ən nüfuzlu yəhudisi deyil, həm də dünyanın ən nüfuzlu adamlarından biri” adlandırırdı. Ukrayna lideri hazırkı siyahıya daxil edilməyib və orada birinci yeri Amerikanın OpenAI şirkətinin rəhbəri Sem Altman tutub.
Eyni zamanda, əsas siyahıdan sonra "Postskript" qeydində Wagner PMC-nin yaradıcısı Yevgeni Priqojin qeyd edildi.
İyun ayında Zelenski BBC-yə müsahibəsində Rusiya prezidenti Vladimir Putini “[Adolf] Hitlerdən sonra antisemitizmin ikinci kralı” adlandırıb. Belə ki, o, Rusiya liderinin “Zelenski yəhudi deyil, yəhudi xalqı üçün biabırçılıqdır” sözlərini şərh edib.
Daha sonra İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lior Hayat bildirib ki, departament Rusiya prezidentinin Zelenskinin yəhudi mənşəli olması ilə bağlı bəyanatlarını şərh etməkdən çəkinəcək.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR