Mərakeş kralı VI Məhəmməd və Mərakeş Mərkəzi Bankı zəlzələ qurbanları üçün açılan yardım hesabına 2 milyard dirhəm (təxminən 200 milyon dollar) ianə etmək qərarına gəlib.
Oxu24.com xəbər verir ki,Mərakeş kral ailəsinə aid "Al Mada" qrupunun verdiyi yazılı açıqlamada zəlzələdən zərər çəkənlər üçün açılan xüsusi hesaba 1 milyard dirhəm (təxminən 100 milyon dollar) bağışlanmasına qərar verildiyi bildirilib.
Açıqlamada bu ianə planının qrupun əsas səhmdarı Kral VI Məhəmmədin təklifi ilə həyata keçirildiyi bildirilib.
Mərakeş Mərkəzi Bankı da açıqlamasında zəlzələnin təsirlərinin aradan qaldırılması üçün açılan xüsusi hesaba 1 milyard dirhəm yardım edəcəyini açıqlayıb.
Digər tərəfdən, bir çox ictimai qurum və özəl təşkilat zəlzələ qurbanları üçün açılan bank hesabına ianə etmə qərarı aldı.
Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib
Sentyabrın 8-də yerli vaxtla saat 23.10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeş şəhərinin Əl-Huz bölgəsində olub.
Zəlzələ Mərakeşlə yanaşı, paytaxt Rabat və Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.
Mərakeş Daxili İşlər Nazirliyi zəlzələdə 3 minə yaxın insanın öldüyünü, 5 min 674 nəfərin isə yaralandığını açıqlayıb.
Mərakeş Kral Məhkəməsi tərəfindən dünən edilən açıqlamada, zəlzələdən təsirlənən 5 bölgədə təxminən 50 min evin tamamilə və ya qismən dağıldığı ifadə edildi.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR