Ədirnədə Yunanıstana qaçmağa cəhd edən PKK, DEAŞ və FETÖ terror təşkilatlarının üzvü 23 şübhəli saxlanılıb.
Oxu24.com xəbər verir ki,qubernatorluqdan edilən açıqlamaya görə, Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 23 terror təşkilatı şübhəlisi İl Jandarma Komandanlığı qrupları və 54-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına bağlı sərhəd bölmələri tərəfindən 1-ci dərəcəli hərbi məhdudiyyətli yoxlamalar zamanı yaxalanıb.
Şübhəlilərdən 20-nin FETÖ, 2-nin PKK, 1-nin isə DAİŞ-ə üzv olduqları üçün axtarışda olduğu müəyyən edilib.
Saxlanılan şübhəlilər haqqında jandarma əməliyyatları davam edir.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR