Nigeriyanın Yobe əyalətində Boko Haram terror təşkilatına maddi-texniki dəstək verən 12 nəfərin ələ keçirildiyi bildirilib.
Oxu24.com xəbər verir ki,Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi yazılı açıqlamada ordunun Yobe əyalətinin Qucba bölgəsində Boko Harama qarşı əməliyyatlarını davam etdirdiyini bildirib.
Edvard Buba qeyd edib ki, əməliyyat zamanı terror təşkilatına maddi-texniki dəstək verən 12 nəfər saxlanılıb.
Buba ordunun ərzaq məhsulları, külli miqdarda yanacaq və 3,1 milyon naira (təxminən 106 min 600 TL) nağd pul ələ keçirdiyini bildirib.
2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR