Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərini başa vuraraq Komsomolsk-na-Amurda hərbi və mülki aviasiya zavodlarına baş çəkib.
Oxu24.com xəbər verir ki,bu barədə Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev məlumat verib.
Onun sözlərinə görə, Kim Çen In Komsomolsk-na-Amurda Su-35 və Su-57 qırıcılarının istehsal edildiyi Yu.A.Qaqarin adına təyyarə zavoduna baş çəkib. Bundan əlavə, KXDR rəhbəri Yakovlev PC müəssisəsində SJ-100 mülki təyyarələrinin istehsalı ilə tanış olub. Komsomolsk-na-Amurdan Kim Çen In zirehli qatarla Pxenyana yola düşüb.
Birləşmiş Ştatlar Şimali Koreyanı Rusiyaya Ukraynadakı müharibə üçün istifadə oluna biləcək sursat tədarükü ilə bağlı xəbərdarlıq edib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib: “Şimali Koreyadan Rusiyaya istənilən silah ötürülməsi BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozacaq”. "Vəziyyəti izləyəcəyik və lazım gələrsə, günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməkdən çəkinməyəcəyik."
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR