Rusiyanın Baş Prokurorluğu Finlandiyanın EastCham Finland qeyri-hökumət təşkilatının Rusiyadakı fəaliyyətini arzuolunmaz hesab edib.
Oxu24.com xəbər verir ki,bu barədə “İnterfaks” məlumat yayıb.
Departament vurğulayıb ki, EastCham Finland təşkilatının Rusiya Federasiyası ərazisində arzuolunmaz təşkilat kimi tanınması barədə qərar Baş Prokurorluğun auditinin nəticələrinə əsasən qəbul edilib.
“EastCham Finland rəhbərliyi işin Rusiyadan Ukraynaya, Zaqafqaziya və Mərkəzi Asiya ölkələrinə yönləndirildiyini rəsmən elan edib. Təşkilatın nümayəndələri Rusiyanın hərəkətlərini pisləyib və Ukraynanı dəstəkləyiblər”, - Baş Prokurorluq bildirib.
Departamentin qeyd etdiyi kimi, təşkilat 2001-ci ildə Finlandiyada yaradılıb, Sankt-Peterburqda nümayəndəliyi var və baş icraçı direktoru Finlandiya vətəndaşı Yaana Rekolainendir.
Bundan əvvəl Rusiya Baş Prokurorluğu Böyük Britaniyada qeydiyyatdan keçmiş “Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası” qeyri-hökumət təşkilatının Rusiya Federasiyası ərazisində fəaliyyətini arzuolunmaz hesab edib.
Nəzarət orqanının məlumatına görə, təşkilat Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün maddi resurslar toplayıb, ümumilikdə 500 min dollardan çox vəsait toplanaraq Ukraynaya göndərilib.
Əvvəllər Rusiya Baş Prokurorluğu “Azad Buryatiya” qeyri-hökumət fondunun Rusiya Federasiyası ərazisində fəaliyyətini arzuolunmaz kimi tanıyıb.
Müəllif:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR