Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95238
az

Zelenski Bolqarıstana Ukrayna taxılının idxalına qoyulan qadağanı götürdüyünə görə təşəkkür edib

18:5314 Sentyabr, 2023
178
DÜNYA
  • A

Ukrayna Prezidenti Vladimir Zelenski Bolqarıstanın Baş naziri Nikolay Denkova sentyabrın 15-dən sonra kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı ləğv etdiyinə görə təşəkkür edib.

Oxu24.com xəbər verir  ki,bu barədə o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Zelenski yazıb: “Baş nazir Nikolay Denkova və komandasına, eləcə də bu addımı dəstəkləyən Bolqarıstan parlamentarilərinə təşəkkür edirəm”.

O qeyd edib ki, Bolqarıstan “əsl həmrəylik nümunəsidir”.

Bundan əvvəl Bolqarıstan parlamenti Ukraynadan taxıl idxalına icazə verib. Qadağanın götürülməsinin lehinə 124 deputat, əleyhinə 67 deputat səs verib, 8 deputat isə bitərəf qalıb.

Sentyabrın 15-də Aİ-nin Ukraynadan Polşa, Slovakiya, Rumıniya, Bolqarıstan və Macarıstana buğda, qarğıdalı, kolza və günəbaxan idxalına qoyduğu qadağanın müddəti başa çatır. Xarici KİV-in məlumatına görə, Avropa Komissiyası onu uzatmaq niyyətində deyil. Polşanın baş naziri Mateuş Moravetskinin dediyi kimi, bu ssenaridə Polşa Ukrayna taxılının idxalını birtərəfli qaydada qadağan etmək niyyətindədir.

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin 15 sentyabrdan sonra Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətləri uzatmaq cəhdləri qeyri-qanuni və sabitliyi pozan kimi qiymətləndiriləcək.

Bundan əvvəl Ukraynanın avqust ayında dünya bazarlarına taxıl tədarükünü azaltdığı bildirilirdi.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsədin Türkiyə planı illər sonra üzə çıxdı: bu qüvvələrə silah verərək... -DETALLAR
Moskvada hava qızdı: "Ələddin" və "Nənə" qış yuxusundan ayıldı -FOTO

Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? -ŞOK DETALLAR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi