Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95226
az

Arayik Arutyunyanı  qara siyahıya saldılar

18:1714 Sentyabr, 2023
113
DÜNYA
  • A

Ukrayna Qarabağ separatçılarının keçmiş lideri Arayik Arutyunyanı Sülhməramlılar bazasına əlavə edib.

Oxu24.com xəbər verir  ki,məlumat bazasına görə, Arayik Arutyunyan “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə” ittiham olunur, həmçinin “rus-faşist işğalçılarının və terrorçularının şəriki” və “Rusiya hökumətinin Ukraynaya qarşı cinayətlərində şərik kimi tanınır”

“Putinin bütün aqressiv planlarını və Rusiyanın xarici siyasətinin aqressiv kursunu açıq şəkildə dəstəkləyib...”,-deyə məlumatda vurğulanır.

“Ailə” bölməsində Arutyunyanın hər iki arvadının adı qeyd olunub: rəsmi nikahda olduğu və Xankəndi şəhərində yaşayan Kristin Arutyunyan və qeyri-rəsmi olaraq Yerevanda Liana Adamyan. Orientasiyanın aşağı hissəsindəki “SBU” işarəsindən göründüyü kimi, Arutyunyanın “Sülhməramlı” məlumat bazasına əlavə edilməsinin təşəbbüskarı Ukrayna Təhlükəsizlik Xidmətidir.

Ukraynanın “Sülhməramlı” saytı 2014-cü ildə Ukraynanın şərqində silahlı münaqişə zamanı yaradılmış internet platformasıdır. Sayt müəlliflərinin fikrincə, Ukraynanın milli təhlükəsizliyinə təhdid olan, separatizmdə və ya Ukrayna dövlətçiliyinə qarşı hərəkətlərdə iştirak edən şəxslər haqqında məlumatlar dərc olunur.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Harris rəsmən prezidentliyə namizədliyini irəli sürüb
Kamala Harris vitse-prezidentini SEÇDİ
Nüvə müharibəsi riski barədə XƏBƏRDARLIQ: "Soyuq müharibənin ən pis günlərindən bəri..."

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı