ABŞ dövlət katibi Antoni Blinken soyuq müharibənin bitməsindən sonra yaranan dünya nizamının sona çatdığını açıqlayıb.
Oxu24.com xəbər verir ki,Bu barədə RİA Novosti məlumat yayıb.
Blinken Cons Hopkins Universitetində çıxışı zamanı deyib: "Hazırda yaşadığımız şey Soyuq Müharibədən sonrakı dünya nizamının sınağından daha çox şeydir. Bu, onun sonudur".
Dövlət Departamenti rəhbərinin sözlərinə görə, onilliklər ərzində mövcud olan sabitlik öz yerini “avtoritar və revizionist güclərlə intensivləşmiş rəqabətə” verib. ABŞ dövlət katibi bunun bir gecədə baş vermədiyini qeyd edib.
Blinken əlavə edib ki, ən mühüm problem dünya nizamını yenidən yazmağa çalışan və bunu etmək üçün artan imkanlara malik olan Çindən gəlir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edərək, ABŞ-ın müttəfiqlərini və tərəfdaşlarını “əzdiyini”, Vaşinqtonun dostlarının olmadığını, yalnız öz maraqlarının olduğunu bildirmişdi. Putinin qeyd etdiyi kimi, qlobal iqtisadiyyat son illər, o cümlədən bəzi Qərb ölkələrinin maliyyə, ticarət və iqtisadi əlaqələr sistemlərini dağıtması səbəbindən dəyişib və dəyişməkdə davam edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də MDBMİ-də çıxışı zamanı ABŞ-ın öz birqütblü dünya nizamını hamıya sırımaq və dünyanı idarə etmək istəyinə diqqət çəkib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR