İsrailin Suriyanın Tartus əyalətinə raket hücumu nəticəsində 2 suriyalı əsgər həlak olub, 6 əsgər isə yaralanıb.
Oxu24.com xəbər verir ki,bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün saat 17:22-də İsrail düşməni Aralıq dənizi istiqamətindən raketlərdən istifadə edərək Tartusda hava hücumundan müdafiə sistemlərimizin bəzi mövqelərinə zərbələr endirib”, - deyə məlumatda bildirilir.
Hücum nəticəsində 2 əsgərin şəhid olduğu, daha 6 nəfərin yaralandığı qeyd edilir. Maddi ziyan da olub.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR