Fransanın 52 əyalətində 11-26 avqust tarixlərini əhatə edən istilər səbəbindən gözləniləndən təxminən 400 "əlavə ölüm" qeydə alınıb.
Oxu24.com xəbər verir kiFransa Xalq Sağlamlığı Agentliyinin məlumatına görə, avqustun 11-dən 26-a qədər olan isti dalğası əhalinin 46,3 faizinin yaşadığı 52 əyalətə təsir edib.
Ölkədə bu tarixlərdə gözləniləndən təxminən 400 "əlavə ölüm" baş verdi.
Həyatını itirənlərin əksəriyyəti 75 və yuxarı yaşda olan insanlardır.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR